Rusiya Kənd Təsərrüfatı Nazirliyi idxal tədarükü ilə əlaqədar gələn ay toyuq yumurtasının qiymətinin sabitləşəcəyini proqnozlaşdırıb.
Foodinfo.az bu barədə nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir.
Belə ki, Azərbaycandan ilk tədarüklər bu həftənin sonu Rusiyaya daxil olacaq. Eyni zamanda yaxın gələcəkdə Türkiyədən idxal gözlənilir. Nəticədə, qarşıdakı ayda qiymət dinamikasının sabitləşəcəyi proqnozlaşdırılır.
Kənd Təsərrüfatı Nazirliyi qeyd edib ki, Rusiya hakimiyyəti daxili bazarı məhsullarla operativ şəkildə doyurmaq üçün toyuq yumurtasına idxal rüsumlarını sıfıra endirmək qərarına gəlib.