Təzə yoqurt uzun müddət otaq temperaturunda qalsa, zəhərlənmə verə bilər. Lakin əgər uşaq vaxtı keçmiş bir məhsulu yeyibsə, o zaman onda hətta qıcolmalar da ola bilər. 

Foodinfo.az xəbər verir ki, bu barədə təcili tibbi yardım feldşeri Elizaveta Pfeyfer xəbərdarlıq edib.

Onun sözlərinə görə, uşaqlarda zəhərlənmə zamanı yüksək temperaturla yanaşı, qusma və ishal müşahidə olunur. Belə halda dərhal həkimə müraciət etmək lazımdır. 

Mütəxəssis zəhərlənmənin adətən patogen mikroorqanizmlər səbəbindən baş verdiyini bildirib.

Turş süd məhsullarında ağır intoksikasiyaya səbəb ola bilən streptokoklar, stafilokoklar, bağırsaq çöpü, rotavirus, göbələk yaxşı arta bilir.

Fərid