Foodinfo.az bildirir ki, yumurtaları düzgün saxlamaq üçün bir neçə qaydaya əməl etmək lazımdır:

Yumurtalar soyuducuda ayrı qutuda saxlanmalıdır. Yad qoxuları çəkməməsi üçün aromatik qidalardan uzaq tutulmalıdır.

Yumurtalar ucu aşağı vəziyyətdə saxlanmalıdır ki, sarısı ortada qalsın və daha uzun müddət təzə qalsın. Soyuducunun qapısında deyil, rəfdə saxlanmalıdır.

Uzunmüddətli saxlama üçün yumurtaları dondurmaq olar.