50 yaşdan yuxarı insanlar üçün yumurta istehlakı ümumi sağlamlıq vəziyyəti və fərdi qidalanma ehtiyaclarına görə dəyişə bilər.
Foodinfo.az bildirir ki, emumiyyətlə, sağlam insanların gündə 1 ədəd yumurta yeməsi təhlükəsiz və faydalı hesab olunur.
Yumurta zülal, D vitamini və B12 vitamini kimi vacib qidalarla zəngindir və yaşlı insanların əzələ kütləsini qorumasına, beyin funksiyasını dəstəkləməsinə və immun sistemini gücləndirməsinə kömək edir.
Ancaq yüksək xolesterol və ya ürək-damar xəstəliyi olan insanlar üçün yumurta istehlakı məhdudlaşdırılmalıdır. Belə vəziyyətlərdə həkim məsləhəti ilə həftədə 3-4 yumurta yemək daha uyğundur.