Los-Anceles Qida Allergiya İnstitutunun mütəxəssislərinin fikrincə, meyvələrin nazik qabıqlarını soymaq lazım deyil.
Lakin armud, alma, albalı, şaftalı və kivinin qabığını soymaq kəskin allergik reaksiya riskini azaldır. Foodinfo.az xəbər verir ki, bu barədə HealthNews məlumat yayıb.
Los-Anceles Qida Allergiya İnstitutunun mütəxəssislərinin fikrincə, meyvələri qabıqlı və ya qabıqsız yemək şəxsi seçimdən asılıdır. Qabıqdan qaçmaq tövsiyə olunan yeganə qrup allergiyası olanlardır.
Qida allergiyası sindromu nadir hallarda kəskin həyati təhlükəsi olan anafilaksiyaya səbəb olur. Qaşınma və mədə problemlərinin qarşısını almaq üçün allergiyası olan insanlara armud, alma, albalı, şaftalı və kivinin qabığını soymaq məsləhət görülür.