Nutrisoloq Olqa Yablokova xəbərdarlıq edir ki, alüminium qabda yumurta bişirmək metalın orqanizmə yığılma riskini artıraraq sümük problemlərinə səbəb ola bilər. Foodinfo.az bildirir ki, ekspertin sözlərinə görə, alüminium qabın səthindəki qoruyucu oksid təbəqə təmizləmə və ya cızıq səbəbindən zamanla zədələnir. Bu isə metalın qida ilə təmasını artırır və alüminium ionlarının yeməyə keçmə ehtimalını yüksəldir.

Yablokova izah edir ki, alüminium qabın intensiv istifadəsi, cızıq və əyilmələr zamanı metal qida komponentləri ilə reaksiyaya girir, xüsusilə qızdırma zamanı və turşulu, duzlu mühitdə. Yumurtalar çox vaxt duzlu suda bişirildiyi üçün belə şəraitdə alüminium ionlarının suya keçmə ehtimalı artır. Zədələnmiş qabıqda bu ionlar yumurta ağı və sarısına daxil ola bilər, nəticədə həzm sistemində narahatlıq və sümük pozğunluqları yaranır. Ağır böyrək çatışmazlığı olan şəxslərdə isə alüminium zəhərlənməsi riski mövcuddur.

Ekspert tövsiyə edir ki, yumurta bişirmək üçün paslanmayan polad, istiliyə davamlı şüşə və ya keyfiyyətli keramika qablarından istifadə edilsin. Bu materiallar turşu və duzun təsirinə daha davamlıdır, qida ilə reaksiya vermir və məhsulun təbii dadını qoruyur.