Rusiyalı dietoloq Natalya Kruqlova antioksidantlarla zəngin qidaların faydalarından danışıb.
Foodinfo.az xəbər verir ki, ekspert RuNews24-ə müsahibəsində bildirib ki, onlar tərəvəz, meyvə, yarpaqlı tərəvəzlər, giləmeyvə, qoz-fındıq və paxlalılar kimi bitki mənşəli məhsullarda geniş yayılıb.
Mütəxəssisin qeyd etdiyi kimi, qida rasionunda bu məhsulların çatışmazlığı ürək-damar sistemi xəstəliklərinin və bəzi xərçəng növlərinin yaranmasına səbəb olur.
“Ona görə də mən tərkibində antioksidanlar olan qidaları yeməyi tövsiyə edirəm: tünd yaşıl tərəvəzlər, yarpaqlı tərəvəzlər, tünd rəngli giləmeyvə, qoz-fındıq və paxlalılar. Onlar həqiqətən pəhrizi zənginləşdirə və sağlamlığı qoruya bilərlər”, - deyə Kruqlova əlavə edib.
Nurlan