Bu məşhur yemək sağlamlığa mənfi təsir göstərə bilər. Foodinfo.az RBC-yə istinadla xəbər verir ki, bura ilk növbədə çoxlarının sevdiyi, bəzilərinin isə demək olar ki, həftədə bir neçə dəfə yediyi qızardılmış kartof daxildir. Bu yemək kökəlməyə və ürək-damar sistemində problemlərə səbəb ola bilər.

Həddindən artıq kartof, xüsusilə də qızardılmış və ya yağ və duz əlavə edilmiş kartof yemək qan şəkəri və təzyiqin artması kimi yan təsirlərə səbəb ola bilər. Kartofun həddindən artıq istehlakı şəkərli diabet və ya insulin müqaviməti olan insanlar üçün yüksək risk yaradır. Kartof qızartması əksər insanların pəhrizlərində məşhur yan yeməkdir. Ancaq yağ əlavə edildiyi üçün kalori miqdarı iki dəfə artır.