Bağırsaqları toksinlərdən təmizləmək üçün ən sadə, lakin ən təsirli vasitələrdən biri kətan toxumudur. Foodinfo.az Radio1.ru-ya istinadən xəbər verir ki, onkoloq İvan Karasev sağlam “kokteyl”in necə hazırlanacağını danışıb.
Onun sözlərinə görə, gündə cəmi bir-iki xörək qaşığı kətan toxumu yemək bağırsaqları toksinlərdən və artıq selikdən təmizləyəcək. Bu maddələr mübadiləsini yaxşılaşdırır və "pis" xolesterinin səviyyəsini azaldır. Bundan əlavə, arıqlamağa müsbət təsir göstərir.