Mağazadan alınan toyuq ətindən bütün kimyəvi maddələrin çıxarılması yolları üzə çıxıb.
Foodinfo.az Krasnoyarskmedia.ru-ya istinadən xəbər verir ki, əti adi ilıq suda islatmaq onu bəzi zərərli birləşmələrdən xilas edə bilər. Suya duz, soda və ya sirkə (9%) əlavə etmək effekti gücləndirməyə kömək edəcək. Toyuqu bir neçə saat məhlulda isladın.
Antibiotiklər də yumurta ağı və süddən istifadə edərək asanlıqla çıxarılır. Sadəcə ət parçalarını çırpılmış yumurta ağı ilə yoğurun və 20 dəqiqə saxlayın. Bundan sonra su ilə qarışdırılmış süd əlavə edin və 2 saat gözləyin.
Lakin ətin tərkibində olan zərərli maddələrdən qorunmağın ən asan yolu onu düzgün bişirməkdir. Toyuq nə qədər çox bişirilsə, tərkibində bir o qədər az antibiotik qalır. İlk bulyon atılmalı və sobada 140 dərəcədən yuxarı istilikdə bişirilməlidir.