Ümumdünya Səhiyyə Təşkilatının, xüsusilə qadınlara gündə ən az 14 stəkan su içməyi tövsiyə edir. Kifayət qədər və nizamlı miqdarda su istehlak etmək bütün orqanlar, xüsusilə immunitet, böyrək, ürək və qaraciyər üçün həyati əhəmiyyət daşıyır. 

 Foodinfo.az-ın məlumatına görə, bədəndəki bütün sistem, orqan və hüceyrələrin kifayət qədər su olmadan öz funksiyalarını yerinə yetirə bilməz. Hüceyrənin içindəki bütün həyati hadisələr ancaq hüceyrənin içindəki su miqdarı kifayət qədər olduqda baş verə bilər. Bu, bədən istiliyinin tənzimlənməsində, qida maddələrinin və oksigenin hüceyrələrə daşınmasında, maddələr mübadiləsi nəticəsində əmələ gələn tullantıların çıxarılmasında, qan təzyiqini tənzimləyən bədən duzlarının tarazlaşdırılmasında və daşınmasında rol oynayır. Çox az su içmək ciddi xəstəliklərdən tutmuş çəki artımına qədər bir çox mənfi təsirlərə səbəb ola bilər. 

Mütəxəssis bildirir ki, su tənəffüs, tərləmə, sidik və bağırsaqlar vasitəsilə itir. Orqanizmdə suyun azalmasına “dehidrasiya” deyilir. Həddindən artıq tərləmə, qızdırma, qusma və ishal zamanı su itkisi artdıqca dehidrasiyaya meyl artır. Yüngül susuzluq hallarında belə, baş ağrısı, yorğunluq və diqqəti işdə cəmləşdirməkdə çətinlik kimi əlamətlər meydana çıxır. Buna görə adekvat su istehlakı çox vacibdir. Su ehtiyacı ətraf mühit və fiziki amillərlə müəyyən edilir və müxtəlif fikirlər olsa da, gündə təxminən 2 litr su istehlak etmək tövsiyə olunur. Hamiləlik və laktasiya dövründə də su istehlakı artırılmalıdır. Hamilə qadınların gündə 2,5 litr, süd verən anaların isə gündə 3 litr maye qəbul etməsi tövsiyə olunur. Maye itkisinin artdığı hallar istisna olmaqla, böyrək daşı olduğu bilinən xəstələr gündə 2,5-3 litr su içməyə diqqət etməlidirlər. Beləliklə, yeni daş əmələ gəlmə riski azalacaq və mövcud daşın keçmə şansı artacaq. Böyrəklərin sağlamlığını qorumaq və tullantıları sidiklə çıxarmaq üçün lazımi miqdarda su qəbul edilməlidir. Unutmaq olmaz ki, az su içmək sidik yolları infeksiyalarının, böyrək daşlarının əmələ gəlməsini və elektrolit pozğunluğunun inkişafını asanlaşdırır. 

Xroniki böyrək çatışmazlığı olan xəstələr üçün həddindən artıq su istehlak etmək zərərlidir. Bu, insanlarda hiponatremi adlı təhlükəli vəziyyətə səbəb ola bilər ki, bu da beyin ödeminə gətirib çıxarar. Eyni şey ürək çatışmazlığı, xroniki qaraciyər xəstəliyi və qaraciyər sirozu olan xəstələrə də aiddir. Bu vəziyyətdə olan xəstələr həkimin tövsiyəsi əsasında maye qəbulunu məhdudlaşdırmalıdırlar.