Azərbaycan 2022-ci ildə 300,6 min dekalitr təbii üzüm şərabları və üzüm suslosu ixrac edib.

Bu barədə Foodinfo.az rəsmi statistik məlumatlara əsasən xəbər verir.

Ötən il ölkədən ixrac edilmiş bu məhsulların miqdarı 2021-ci illə müqayisədə 14,1 % artıb.

Azərbaycandan 2022 ildə ixrac edilmiş təbii üzüm şərabları və üzüm suslosunun dəyəri isə 40,5 % artaraq 5 566,5 min ABŞ dollarına çatıb.