Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 38,348 min ton ət idxal edib.
Foodinfo.az Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 5,6 % çoxdur.
Ötən ilin 11 ayında Azərbaycanın idxal etdiyi ətin ümumi dəyəri 72,202 milyon ABŞ dolları olub ki, bu da, illik müqayisədə 15,9 % artım deməkdir.
Hesabat dövründə Azərbaycanın ət idxalı ümumi idxalının 0,56 %-ni təşkil edib.
Qeyd edək ki, 2021-ci ilin 11 ayında Azərbaycan 62,293 milyon ABŞ dolları dəyərində 36,304 min ton ət idxal etmişdi.