Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan ümumi dəyəri 2 milyon 20  min ABŞ dolları dəyərində 265,68 ton çay ixrac edib. Foodinfo.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı görə, ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin ilk üç ayında Azərbaycandan ixrac edilən çayın dəyəri 9,2%, həcmi isə 18,3% azalıb. Hesabat dövründə çayın ümumi ixracdakı payı cəmi 0,05%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,40%-ə bərabər olub. Bununla yanaşı, hesabat dövründə Azərbaycana ümumi dəyəri 12 milyon 659 min dollar dəyərində 3 213,62 ton çay idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə çay idxalının dəyəri 1%, həcmi isə 5,2% azalıb. Hesabat dövründə çayın ümumi idxaldakı payı 0,50% təşkil edib. Göründüyü kimi, cari ilin yanvar-mart aylarında ölkənin çay idxalı ixracı 12 dəfədən çox üstələyib.