Bakıda ərəb mətbəxi təklif edən restoranların sayı artır.  "Təşrib quzu", "Dilemia", "Briani", "Kapsa", "Mandi, "Mensef" kimi ərəb yeməkləri artıq Bakıdakı bəzi restoranlarda satılır. Ərəb ölkələrindən gələn turistlərin çoxluğu bəzi iaşə obyektlərinin belə yeniliklər tətbiq etməsinə səbəb olub. Hətta bəzi restoran və çay evlərinin adı və göstərilən xidmətlər ərəbcə yazılıb. İaşə obyektlərinin sahiblərinin sözlərinə görə, bu restoranlarda xidmət ərəb turistlərin istəyinə uyğun göstərilir. Burada ən çox ərəb mətbəxinin yeməkləri hazırlanır. Belə restoranlarda turistlərə həmçinin Azərbaycanın milli mətbəxinə uyğun yeməklər də təklif edilir. Bundan başqa, bəzi küçələrdə adı ərəbcə yazılan çay evlərinə də rast gəlmək olur. Bu restoranlarda sadə çay 5 manata, çay dəstgahları isə 15 manata təklif edilir. Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: (Xezerxeber.az) https://www.youtube.com/watch?v=5uEU3jqZFBA