Bal bədən üçün faydalı xüsusiyyətləri ilə tanınır. Foodinfo.az xəbər verir ki, buna görə depressiya və digər psixoloji problemlər üçün müalicəvi təsir göstərə bilər. Belə ki, balın tərkibindəki qida komponentləri, o cümlədən polifenollar insanın psixi sağlamlığına müsbət təsir göstərir. Eyni zamanda, bal beyində serotonin səviyyəsini artıra və stresslə mübarizə aparmağa kömək edə bilər.
Tədqiqatlar göstərir ki, balın tərkibindəki polifenollar müxtəlif nevroloji xəstəliklərdən, o cümlədən depressiya, Alzheimer və parkinson xəstəliyindən qorunmaqda mühüm rol oynayır.