Mütəxəssislərin fikrincə, qarağat yarımfəsiləsindən olan mutmuta adlı bitki C, A, E vitaminləri var. Foodinfo.az xəbər verir ki, C qrupunun ən çox vitaminləri yetişmiş meyvədə olur. Xalq arasında buna "rus alçası" da deyilir.
Yalnız meyvənin özü deyil, yarpaqları da faydalıdır. Təzə və ya qurudulmuş yarpaqlarından çay hazırlaya bilərsiniz. Bu çay immunitet sistemini gücləndirməyə, qan dövranını və damar vəziyyətini yaxşılaşdırmağa kömək edir, həmçinin yüngül sidikqovucu təsir göstərir.
Mədə və ya onikibarmaq bağırsağın xorasından əziyyət çəkən insanlar üçün bu meyvəni yemək tövsiyə edilmir, çünki onlar kəskinləşməyə səbəb ola bilər.