Tibb elmləri namizədi Ruslan Masqutov ağır ziyafətdən sonra bədəni bərpa etmək üçün boşaltma və təmizləmə üsullarından istifadə etməyi məsləhət görüb.
Mütəxəssis Life.ru ilə söhbətində izah edib ki, “Ekadaşi” hindu ənənəsində ayda iki dəfə həyata keçirilən qədim pəhriz növlərindən biridir.
Bu günlərdə yeməkdən çəkinmək, amma təmiz, ilıq su içmək tövsiyə olunur. Bu, bədəni yüngülləşdirməyin zərif üsuludur. Başqa bir üsul, səkkiz saatlıq müddət ərzində yemək yeyə biləcəyiniz aralıq orucdur. Qalan 16 saat isə yeməkdən çəkinmək lazımdır. Ancaq bunlara başlamazdan əvvəl həkimlə məsləhətləşmək lazımdır.
Nərmin