Tərxunlu limonad həm dadı, həm də faydaları ilə seçilən təravətli və unikal bir içkidir. Tərxun bitkisi və limonun birləşməsi ilə hazırlanan bu limonad yay aylarında sərinlədici və enerjili təsiri ilə məşhurdur. Bu içkinin populyarlığı, xüsusilə təbii və sağlam alternativlərə üstünlük verənlər arasında sürətlə artmaqdadır.
Foodinfo.az xəbər verir ki, tərxun bitkisi yaşıl yarpaqları ilə tanınan və özünəməxsus dada malik olan aromatik bir ot bitkisidir. Tərxun qədimdən bəri təbii müalicə vasitəsi kimi də istifadə olunur. Onun tərkibindəki vitaminlər (A, C, və B6), dəmir, kalsium və antioksidantlar sayəsində sağlamlıq üçün bir çox faydalar verir.
Tərxun həzm sistemini yaxşılaşdırır, iştahı artırır və bədəni zərərli maddələrdən təmizləyir. Həmçinin sinir sistemini sakitləşdirir və stresin azalmasına kömək edir.
Limon isə C vitamini və antioksidantlarla zəngin bir meyvədir. Limonun tərkibindəki askorbin turşusu immun sistemini gücləndirir, dəriyə təravət və parlaqlıq verir, həmçinin bədəni detoksifikasiya edir. Limon suyu mədə turşusunu tənzimləyir və həzmi asanlaşdırır. Tərxunlu limonadın tərkibində limonun olması bu içkini yalnız sərinləşdirici deyil, eyni zamanda sağlamlıq üçün faydalı bir içkiyə çevirir.
Tərxunlu limonadın hazırlanması da çox sadədir. Bunun üçün təzə tərxun yarpaqları, limon suyu, şəkər və su lazımdır. İlk növbədə, tərxun yarpaqları bir az əzilir və limon suyu ilə qarışdırılır. Daha sonra bu qarışığa şəkər və su əlavə edilərək yaxşıca qarışdırılır. Limonad soyuducuda soyudularaq süzülüb servis edilir. İstəyə görə içkiyə buz və nanə yarpaqları da əlavə edə bilərsiniz.
Bu, təbii tərkibi və təravətli dadı ilə hər yaşdan insanın sevdiyi bir içkidir. Xüsusilə yay aylarınd sərinləmək və bədənə enerji vermək üçün ideal bir seçimdir.