40 yaşdan yuxarı insanlar maddələr mübadiləsi sürətinin azalması səbəbindən kökəlir. Bununla belə, bədəninizə kömək etmək hələ də mümkündür. Pəhrizinizə bir sıra qidalar daxil etməklə maddələr mübadiləsini yaxşılaşdıra bilərsiniz.
Qida və içkilər birbaşa sürətləndirmir, onlar yalnız maddələr mübadiləsini dəstəkləyən mexanizmlərə təsir göstərir. Belə məhsullar arasında kakao var. Nar, balıq maddələr mübadiləsi sürətinə təsir göstərə bilir.
Həmçinin tünd şokolad, ədviyyatlar (istiot, zəncəfil, darçın, mixək), qara və yaşıl çayın da maddələr mübadiləsini sürətləndirə biləcəyi qeyd olunur.