Albalı sağlam giləmeyvədir, lakin yatmazdan əvvəl onu yemək mənfi nəticələrə səbəb ola bilər. Foodinfo.az xəbər verir ki, bunu dietoloq Anna Korobkina deyib. Onun sözlərinə görə, albalının tərkibində qanda insulin səviyyəsini artıra bilən karbohidratlar var. Bu isə gecə saatlarında bədənin bərpa proseslərini stimullaşdıran hormanlara mənfi təsir edir.
Eyni zamanda gecə albalı yemək yuxu keyfiyyətinə təsir göstərə, qarın ağrısının artmasına səbəb ola bilər.
Müətəxəssis onu da əlavə edib ki, mütəmadi olaraq gecə albalı yemək, qeyri-sağlam qidalanma vərdişlərinin formalaşmasına gətirib çıxaracaq.
Leyla