Fəsillərin dəyişməsi həmişə insan orqanizminə təsir edir. Xüsusilə isti və günəşli yaydan sonra buludlu və yağışlı bir payız kökəlməyə səbəb ola bilər. Bunun baş verməməsi üçün bir sıra sadə qaydalara əməl etməlisiniz. Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Kseniya Straikova "Moskva Region Today" onlayn nəşrinə bildirib.
Mütəxəssisin fikrincə, sağlam qidalanmanın əsas sirri öz aclıq hissini öyrənməkdir.
Əgər günorta nahar edirsinizsə və növbəti yemək yalnız axşam səkkizdə olacaqsa, gün ərzində aclıq hiss edecəksiniz. Diyetoloq yemək cədvəli yaratmağı və ona əməl etməyi öyrənməyi məsləhət görüb.
Fərid