Siz peşəkar sərgi iştirakçısı və ya mətbuat nümayəndəsi kimi qeydiyyatdan keçə bilərsiniz 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi - “WorldFood Azerbaijan 2018” bu il 16-18 may tarixlərində baş tutacaq. Foodinfo.az xəbər verir ki, sərgi Bakı Ekspo Mərkəzində keçiriləcək. Sərgiyə yalnız bu sahənin mütəxəssisləri və iş adamları daxil ola bilərlər. Sərginin mövzusuna aid fakültələrin tələbələri sərgini 16-18 may tarixlərində, girişdə tələbə biletini təqdim etməklə, ziyarət edə bilərlər. Digər fakültələrin tələbələri sərgiyə buraxılmayacaqlar. Yaşı 16-dan az olan şəxslər sərgiyə buraxılmayacaqlar. Sərgidə iştirak etmək istəyən peşəkar ziyaraətçilər bu bölmə, mətbuat nümayəndələri isə digər bölmə vasitəsi ilə qeydiyyatdan keçə bilərlər. “WorldFood Azerbaijan” qida sənayesi üzrə ixtisaslaşdırılmış aparıcı sərgidir və 20 illik tarixə malikdir. Həyata keçirildiyi illər ərzində “WorldFood Azerbaijan” sərgisi özünü mütəxəssislərin illik görüşü və qida sənayesi üzrə avadanlıqların, eləcə də mal və xidmətlərin nümayiş etdirilməsi, habelə yeni sifarişçilərin müəyyənləşdirilməsi, biznes tərəfdaşları ilə mövcud əlaqələrin möhkəmləndirilməsi və yeni satış bazarlarına çıxış üçün etibarlı platforma kimi tanıda bilib. Pünhan Əliyev/Foodinfo.az