Meyvə şirələri sağlam qida kimi təqdim olunsa da, onların tərkibi mübahisəlidir. Foodinfo.az bildirir ki, bir stəkan meyvə şirəsi bir neçə meyvənin sıxılması ilə hazırlanır. Bu, çox miqdarda fruktozanın eyni anda qəbul edilməsinə səbəb olur.

Məsələn, bir stəkan alma şirəsi üçün təxminən üç-dörd alma istifadə olunur. Bu isə meyvənin özündən fərqli olaraq lifsiz, lakin şəkər baxımından zəngin bir məhsul deməkdir. Lifin olmaması qanda şəkərin sürətli yüksəlməsinə yol aça bilər.

Hazır şirələrdə isə əlavə şəkər və konservantlar da olur. Təbii şirə belə məhdud miqdarda istehlak edilməlidir. Meyvəni bütöv formada yemək daha sağlam və doyurucudur. Uşaqlara tez-tez meyvə şirəsi verilməsi diş minasını zədələyə bilər. Şirənin yerinə su və bütöv meyvələrə üstünlük verilməlidir. Bəzi ölkələrdə hətta meyvə şirəsi şəkərli içki kimi təsnif edilir.