
Brokkoli ən güclü antioksidant tərəvəzlərdən biridir. Foodinfo.az eda.ru-ya istinadla bildirir ki, onu çiy formada yemək xərçəngə qarşı qoruyucu təsirini artırır. Tərkibindəki sulforafan adlı birləşmə orqanizmdəki zərərli hüceyrələrlə mübarizə aparır.
Çiy şəkildə brokolini yemək bağırsaq mikroflorasını dəstəkləyir və toxluq hissi yaradır. Həmçinin A vitamini və K vitamini ilə zəngin olduğu üçün göz və sümük sağlamlığına müsbət təsir göstərir.
Çiy brokkoli, bişmiş brokkolidən daha çox ferment saxlayır. Həkimlər həftədə 3 dəfə çiy brokkoli yeməyi tövsiyə edir. Eyni zamanda salatlara və diyetik içkilərə əlavə edilməsi daha faydalı nəticə verir. Nəticədə bu qidalanma forması qan şəkərini tənzimləyir və insulin müqavimətini azaldır, damarların elastikliyini qoruyaraq infarkt riskini azaldır.