
Yemiş yay aylarında sevilən və su tərkibi yüksək olan meyvədir. Amma bəzi insanlar üçün onu yemək faydalı deyil və hətta zərərli ola bilər.
Foodinfo.az bildirir ki, bəzi insanlar yemişdən uzaq durmalı və ya ehtiyatla istifadə etməlidir:
1. Şəkər xəstələri (diabeti olanlar)
Yemişin tərkibində çoxlu təbii şəkər (fruktoza və qlükoza) var. Bu da qan şəkərini sürətlə yüksəldə bilər. Xüsusilə insulin istifadə edən və ya şəkəri yaxşı tənzimlənməyən insanlar üçün risklidir.
Əgər həkim icazə verirsə, az miqdarda və əsas yeməkdən sonra yemək daha təhlükəsizdir.
2. Mədə-bağırsaq problemi olanlar
Yemiş qaz yarada, həzm sistemini yavaşlada bilər. Xüsusilə mədə qıcqırması, qastrit və xora problemi olanlar üçün narahatlıq verə bilər
3. İshal və ya zəif həzm sistemi olanlar
Yemişin soyuq və nəmli təbiəti ishalı daha da artırır. Həzm sistemi zəif olanlarda qarın ağrısı, köp və narahatlıq yaradır.
4. Tez üşüyənlər, yorğunluqdan əziyyət çəkənlər
Ənənəvi təbabətə görə yemiş "soyuq" təbiətli qida sayılır. Tez-tez üşüyən, yorğunluqdan əziyyət çəkən və ya zəif qan dövranı olan insanlarda orqanizmi daha da zəiflədə bilər.
5. Alergiyası olanlar
Bəzi insanlarda yemişə qarşı dəri qaşıntısı, boğazda qıcıqlanma kimi allergik reaksiyalar baş verə bilər.
Sağlam insanlar üçün isə yemiş orqanizmi sərinlədir, su balansını qoruyur, qəbizlik və sidikqovucu təsir göstərir
Ancaq boş mədəyə və ya yeməkdən dərhal sonra yemək tövsiyə olunmur. Həzm problemləri yarada bilər.