
Gün ərzində bir ovuc badam yemək qan şəkərinin sabit qalmasına kömək edir. Foodinfo.az bildirir ki, Kanadada yerləşən Toronto Universitetinin tədqiqatçıları badamın Tip 2 diabet riskini 25%-ə qədər azaltdığını açıqlayıb.
Tərkibindəki sağlam yağlar və E vitamini insulin həssaslığını artırır. Qidalanma üzrə mütəxəssis doktor David Jenkins qeyd edib: “Badam təkcə toxluq hissi yaratmır, həm də şəkərin dalğalanmasının qarşısını alır”.
Bununla belə, gündəlik miqdarı aşmamaq tövsiyə olunur. Qəlyanaltı zamanı şirniyyat əvəzinə badam seçmək daha sağlam alternativ hesab edilir.