
Qastroenteroloq Lüdmila Suxorukova yüksək temperatur səbəbindən yay aylarında şaurma, hot-doq və mayonezli salat kimi qidaların daha təhlükəli olduğunu xəbərdar edib.
Foodinfo.az bildirir ki, o, izah edib ki, isti havada bakteriya və viruslar daha sürətlə çoxalır və bu, xüsusilə dizenteri, rota və norovirus infeksiyalarına, yəni mədə-bağırsaq qripinə səbəb ola bilər. Həkim qeyd edib ki, yayda baş verən zəhərlənmələrin təxminən dörddə biri keyfiyyətsiz ətin istifadəsindən qaynaqlanır. O, məhsulların saxlanma şəraiti olmayan küçə satıcılarından fastfud almamağı tövsiyə edib.
Əlavə olaraq, yayda təhlükəli qidalar sırasına içi kremli çörək məhsulları, mayonezli salatlar, göbələklər və mağazadan kənarda satılan süd məhsulları daxildir.