
Yaxşı dəmlənmiş dənəvər qəhvə orqanizm üçün güclü antioksidant mənbəyidir və ürək-damar sağlamlığını dəstəkləyir. Foodinfo.az bildirir ki, bu barədə Rusiya Elmi Cərrahiyyə Mərkəzinin mütəxəssisi, tibb elmləri doktoru Aleksey Sozıkin məlumat verib. Onun sözlərinə görə, qəhvənin ürəyə zərərli olması barədə fikir köhnə və elmi əsaslardan uzaq bir mifdir.
Sozıkin qeyd edib ki, keyfiyyətli dənəvər qəhvə oksidləşdirici stresə qarşı təsirli qoruyucu rol oynayır və aterosklerozun qarşısını almaqda yardımçı ola bilər. Lakin həkim xəbərdarlıq edir ki, qəhvəni düzgün içmək vacibdir. Əgər ona yağlı süd, qaymaq və ya şəkər əlavə olunarsa, faydası azala və ya tamamilə itə bilər.
Ekspertin fikrincə, ən düzgün qəhvə forması – şəkərsiz americano və çox az miqdarda südlə qəbul ediləndir. Belə halda qəhvə həm ləzzətli, həm də sağlamlıq üçün dəyərlidir.