İsti havalarda qida rasionuna su miqdarı yüksək olan məhsulların əlavə edilməsi vacibdir. Foodinfo.az bildirir ki, həkim Svetoslav Strelinin sözlərinə görə, xiyar, balqabaq, qarpız, yemiş və sitrus meyvələri yayda ən uyğun seçimlərdir.

Bu məhsullar orqanizmin su balansını qoruyur və istilərin təsirini azaldır. Həkim həmçinin qazlı içkilər və alkoqoldan uzaq durmağı, gündə iki-üç litr su içməyi tövsiyə edib. Şəkər, duz və ağ çörək kimi karbohidratların miqdarını azaltmaq və gün ərzində dörd-beş dəfə az miqdarda yemək faydalıdır.

Axşam yeməyini isə yatmazdan iki-üç saat əvvəl yemək məsləhət görülür.