Avokado gündəlik istehlak edildikdə dəridə qırışların əmələ gəlməsini ləngidir. Foodinfo.az bildirir ki, ABŞ-ın Kaliforniya Universitetinin dermatoloqları bu təsiri sübut edən tədqiqat yayımlayıb.

Avokadonun tərkibindəki E vitamini və lutein dərini günəş şüalarının zərərli təsirindən qoruyur. Dermatoloq doktor Melissa Piliang qeyd edib ki, bu meyvə dərinin elastikliyini və nəmliliyini artırır. O, avokadonun həm daxilə qəbul, həm də maska şəklində istifadəsini tövsiyə edir.

Dəri problemlərinin qarşısını almaq üçün həftədə 2-3 dəfə avokado yemək məsləhət görülür.