Ərik qurusu kalsium və kaliumla zəngin olduğu üçün sümükləri gücləndirir. Foodinfo.az bildirir ki,İsrailin Tel-Əviv Universitetinin alimləri tərəfindən aparılan araşdırmada ərik qurusunun xüsusilə qadınlarda osteoporoz riskini azaltdığı müəyyən edilib.

Tibb elmləri üzrə doktor Rachel Shahar bildirib ki, bu quru meyvə sümük toxumasının sıxlığını qorumaqda mühüm rol oynayır. Ərik qurusu həmçinin qan dövranını yaxşılaşdıraraq əzələlərin inkişafını dəstəkləyir. Hər gün 4-5 ədəd ərik qurusu qəbul etmək kifayət edir.

Şəkərsiz və təbii qurudulmuş əriklərə üstünlük verilməsi tövsiyə olunur.