Mütəxəssislər xəbərdarlıq edir ki, balanssız qidalanma orqanizmdə gizli problemlərə yol aça bilər. Foodinfo.az “Radio 1”ə istinadən xəbər verir ki, rusiyalı dietoloq və nutrisionist Roman Pristanski vitamin və mikroelement çatışmazlığının bədən tərəfindən müxtəlif yollarla hiss etdirildiyini bildirib.

Onun sözlərinə görə, gündəlik enerjinin əsas mənbəyi karbohidratlardır, əhval dəyişkənliyi isə çox vaxt yağ çatışmazlığı ilə əlaqəlidir. Mütəxəssis qeyd edib ki, istər arıqlama zamanı, istərsə də gündəlik həyat rejimində rasionda mütləq yağlar, zülallar, karbohidratlar və digər mikroelementlər yer almalıdır.

Əks halda orqanizm halsızlıq, əsəbilik və digər siqnallarla vitamin çatışmazlığı barədə xəbər verir. O, hər kəsə fərdi balanslı qidalanma planı seçməyi tövsiyə edib.