Səhər acqarına qəbul edilən bəzi qidalar gün ərzində bədəni enerjili saxlayır və bağırsaq sağlamlığını gücləndirir. Foodinfo.az bildirir ki, mütəxəssislər limonlu ilıq su, çiy bal və bananın bu baxımdan effektiv olduğunu vurğulayır.

Limonlu su orqanizmi oyadır, detoks təsiri göstərir və qaraciyəri stimullaşdırır. Bal isə immuniteti gücləndirir və mədə turşusunu tənzimləyir. Banan isə təbii kalium və liflə zəngindir, mədəni qoruyur və toxluq hissi yaradır. Bu qidalar eyni zamanda stress hormonlarını azaldır və günə pozitiv başlamağa yardım edir. Lakin bu qidaların qəbulunda miqdara diqqət yetirilməlidir.

Məsələn, balı yalnız bir çay qaşığı miqdarında istifadə etmək tövsiyə olunur. Banan isə şəkər problemi olan şəxslər üçün məhdud qəbul edilməlidir. Mütəxəssislər bu vərdişin davamlılıqla fayda verdiyini qeyd edir. Acqarına səhv qidalanma isə əksinə, mədə narahatlığı və halsızlıq yarada bilər. Səhərlər qida seçimi bədən ritmini birbaşa təsir edir.