Əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə tütün məmulatlarının istehsalında 3,4 dəfə artım, qida məhsullarının istehsalında 6,7%, içki istehsalında isə 19,0% azalma müşahidə olunub. Bu sahələrin əsas məhsullarından kolbasa məmulatlarının istehsalı 13,7 %, ət istehsalı 3,0%, cem və marmeladların istehsalı 2,4%, pendir və kəsmik istehsalı 1,2%, brendi (konyak) istehsalı 1,8 dəfə, alkoqolsuz içkilərin istehsalı 12,6%, papiros və siqaretlərin istehsalı 8,5 dəfə artıb. Bununla yanaşı duru bitki yağlarının istehsalı 28,1%, qənd istehsalı 89,7% azalıb. (Olke.az)