Bəzi qidalar insan orqanizmində xərçəngin yaranmasına səbəb olur.
Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq və xərçəng zamanı qidalanma mütəxəssisi Nikol Endrüs danışıb.
Onun sözlərinə görə, ən zərərli iki qida növü emal olunmuş ət və spirtli içkilərdir:
"Hələ 2015-ci ildə emal olunmuş ət kanserogen kimi tanınıb. Bu qrupa vetçina, donuz əti, kolbasa, sosiska, hotdoq və rostbif kimi "delikates"lər daxildir. Bu növ ətlər mədə və kolorektal xərçəngin inkişafına təsir edir.
Alkoqol da məşhur kanserogendir. Nə qədər çox spirtli işki qəbul etsəniz, ağız, boğaz, qaraciyər, döş və yoğun bağırsaq xərçənginə tutulma ehtimalınız bir o qədər yüksək olacaq".
Diyetoloq onu da qeyd edib ki, bəzi qidalar insanların düşündüyünün əksinə, xərçəngə səbəb olmur: "Bura enerji içkiləri, qida boyaları, diyetik qazlı içkilər, süni dadlandırıcılar, yumurta, süd məhsulları və qlüten daxildir".