Şokolad yalnız uşaqların deyil, hətta böyüklərin də sevdiyi qidalardandır. Onun orqanizm üçün bir sıra faydaları da var.
Foodinfo.az xəbər verir ki, onun tərkibində sink, maqnezium, fosfor, dəmir kimi bir çox faydalı elementlər mövcuddur. Məhsulda olan lif sayəsində həzm prosesi əhəmiyyətli dərəcədə yaxşılaşır.
Şokolad yeyərkən xoşbəxtlik hormonu ifraz olunur. Buna görə də, bu "şirin dost" əhvalınızı yüksəldir və sizi depressiyadan xilas edir.
Şokolad enerji verir və toxluq hissi yaradır.
Alimlər şokoladın qan dövranını da yaxşılaşdırdığını müəyyən ediblər. Bu, beyin fəaliyyətinə müsbət təsir göstərir, yaddaş və diqqəti əhəmiyyətli dərəcədə yaxşılaşdırır.
Şokoladın tərkibində olan maddələr ürək xəstəliyi riskini azaldır. Kompleks müalicədə məhsul hipertoniya ilə mübarizədə kömək edə bilər.
Şəkər xəstəliyinin qarşısını almaq üçün də şokolad faydalıdır. Əgər hərdən bir az yesəniz, bədəndəki hüceyrələr daha həssas olacaq.