Həzm problemləri, şişkinlik və qəbizlik müasir həyat tərzinin ən çox rast gəlinən narahatlıqları arasındadır. Bu problemlərin aradan qaldırılmasında təbii bitki çayları mühüm rol oynayır. Xüsusilə razyana (fenxel) çayı bağırsaqlar üçün ən rahatladıcı içkilərdən biri hesab olunur.

Foodinfo.az xəbər verir ki, razyana çayı bağırsaq əzələlərini rahatladır, qaz yığılmasını azaldır və həzmi asanlaşdırır. Bu xüsusiyyəti sayəsində həm qəbizlik, həm də şişkinlik şikayətlərinin azalmasına kömək edir. Çay tərkibindəki efir yağları bağırsaq hərəkətlərini daha nizamlı hala gətirir.

Razyana çayı stresslə bağlı həzm problemlərində də faydalıdır. Sinir sistemi ilə bağırsaqlar arasında güclü əlaqə olduğu üçün sakitləşdirici təsirə malik bu çay həzm sisteminin daha rahat işləməsinə şərait yaradır.

Bu çayın axşam saatlarında və ya yeməkdən sonra içilməsini tövsiyə edilir. Bir stəkan ilıq çay bağırsaqları sakitləşdirir və gecə həzmini yüngülləşdirir.

Razyana çayı təbii və təhlükəsiz hesab edilsə də, həddindən artıq istifadə tövsiyə olunmur. Xroniki bağırsaq problemləri olan şəxslər və hamilə qadınlar müntəzəm istifadədən əvvəl həkimlə məsləhətləşməlidirlər.

Sağlam bağırsaqlar üçün yalnız çay kifayət deyil. Kifayət qədər su içmək, lifli qidalanmaq və aktiv həyat tərzi ilə birlikdə razyana çayı daha təsirli nəticə verə bilər.