Bu içkinin tərkibində antioksidantlar, natrium və maqnezium var və buna görə də xərçəng, ürək-damar xəstəlikləri və orqanizmdə gedən iltihabi proseslərdən qoruyur. Foodinfo.az xəbər verir ki, söhbət pomidor suyundan gedir. Bu məhsulun tərkibində A, C, B6, PP vitaminləri, minerallar və antioksidant birləşmələr var. Pomidor suyu şəkərli diabet və xərçəng riskini azaldır, qanda xolesterinin səviyyəsini normallaşdırır və damarların elastikliyini yaxşılaşdırır.

İçkinin ən mühüm faydası orqanizmi müxtəlif xərçəngdən qorumaqdır. Bədənin virus xəstəliklərinə qarşı müqavimətini artırır, immunitet sistemini gücləndirir. Zeytun yağı ilə pomidor suyu içmək ultrabənövşəyi şüalardan qorunmağa və dəridəki ləkələri aradan qaldırmağa kömək edə bilər. Həzm sisteminin işini yaxşılaşdırır, şişkinliyi və kəskin ağrıları aradan qaldırır, qəbizliyə kömək edir.

Göz sağlamlığı üçün faydalıdır. Əgər müntəzəm olaraq pomidor suyu içsəniz, görmə qabiliyyətinizi yaxşılaşdıra və özünüzü göz xəstəliklərindən qoruya bilərsiniz.