Mannı həqiqətən ən mübahisəli qidalardan biri adlandırıla bilər. Foodinfo.az xəbər verir ki, əksər qidalanma mütəxəssisləri belə sıyıqda heç bir fayda olmadığını, digərləri isə onu faydasız məhsullar siyahısına daxil etməyin yalnış olduğunu düşünür.

Dietoloq Nuriya Dianova deyir ki, mannı sıyığı orqanizm üçün yararsızdır. Mütəxəssis bu yeməyin populyarlığını nisbətən ucuz olması və bir neçə dəqiqə ərzində hazırlana bilməsi ilə izah edir.

“Radio 1”ə müsahibəsində ekspert bildirib ki, yarmanın tərkibində faydalı maddələr, o cümlədən B vitaminləri də yoxdur və yüksək glisemik indeksə malikdir. Nuria Dianova bu yeməyi şəkərli diabeti olmayan ciddi mədə-bağırsaq traktının xəstəlikləri olan insanlar üçün uyğun hesab edir.