Endokrinoloq, tibb elmləri namizədi, SM-Clinic-in dietoloqu Oksana Mixaleva deyib ki, nahar zamanı müəyyən qidaların qəbulu ciddi çəki artımına səbəb ola bilər.
Foodinfo.az xəbər verir ki, bunlar yağlarla və sadə karbohidratlarla zəngin olan duzlu yeməklərdir.
Mixaleva qeyd edib ki, bu cür qidalar gecələr "yağ yandıran" hormonların istehsalını pozur və piylərin əmələ gəlməsinə kömək edən insulinin ifrazını artırır.
O, yatmazdan ən azı 2-3 saat əvvəl yüngül tərəvəz, yağsız ət və ya balıq yeməkləri yeməyi məsləhət görüb.