Kartof püresi bir çox hallarda xəstələrə verilir ki, yumşaqdır, bədəni yumşaldır, bağırsaqları işlədir.

Lakin püre elə də zərərsiz qida deyil.

Foodinfo.az “Medicina”ya istinadən xəbər verir ki, toksikoloq Mixail Kutuşov pürenin riskindən danışıb.

“Bu yeməkdə həddən artıq çox kaliy, nişasta və karbohidrat var. Ona görə püre yedikdən sonra çox xəstələrdə köp, meteorizm, narahatlıq və həzmsizlik yaranır.

Evdə hazırlanan püreyə yağ, süd qatıldığı üçün daha da kalorilidir, metobolik pozulma yaradır. Diabet xəstələrinə xüsusilə olmaz.

Püredə çox miqdarda kaliy var, ona görə böyrək problemi olanlara olmaz.

Püre hazırlanan kimi yeyilməlidir, 1 sutkadan artıq saxlamaq olmaz, bu zaman onda təhlükəli bakteriyalar və botulizm yarana bilər”.