Ödəmi azaldan cəfəri sidikqovucu təsiri ilə böyrək daşları, öd kisəsi və sidik yollarının infeksiyaları ilə mübarizə aparmağa qadir bir bitkidir.
Foodinfo.az-ın məlumatına görə, C vitamini ilə zəngin olan cəfəridə bol miqdarda A vitamini və bitki lifi də var. Ödəmdən şikayətləndiyiniz günlərdə ondan bir dəstə çiy olaraq salatlarda istehlak etmək və ya qaynadıb suyunu içmək ödəmi azaltmağa kömək edəcək. Bundan əlavə, yaşıl və turş alma ilə bir dəstə cəfərini üyüdüb içməklə ödəm şikayətinizdən xilas ola bilərsiniz.
Cəfərinin tərkibindəki liflər bağırsaq hərəkətlərini artıraraq qəbizliyin qarşısını ala və sidikqovucu kimi çıxış edə bilər. Ancaq cəfəri şirəsini mütəmadi olaraq istehlak etməyə qərar verirsinizsə, gündə 1 stəkandan çox içməməlisiniz. Həddindən artıq istehlak etsəniz, ishal kimi arzuolunmaz hallarla qarşılaşa bilərsiniz.
Eyni zamanda cəfəri suyu ac qarına istehlak edildikdə mədə turşusunu tarazlaşdıran təsirə malikdir.
Qadınların ən böyük qorxularından biri olan aybaşı ağrılarını da azaltmaqd təsirli olan cəfəri öd kisəsindəki daşlarınızı çıxarmağa köməkedir.