Dietoloq Redina çuğunduru yeməyin əks göstərişlərindən danışıb.

Foodinfo.az xəbər verir ki, ekspert "Veçernaya Moskva"ya müsahibəsində deyib ki, böyrəklərində daş əmələ gəlməsinə meylli insanlar bu tərəvəzdən istifadəni məhdudlaşdırmalıdırlar.

Mütəxəssisin sözlərinə görə, çuğundurun tərkibində qanda qlükoza səviyyəsinin dəyişməsinə səbəb ola bilən şəkərlər var.

Şəkərli diabet xəstələrinə çuğunduru normada istehlak etmələri və şəkər səviyyələrini diqqətlə izləmələri tövsiyə olunur.

Çuğundur həm də təzyiqi aşağı salır ki, bu da onsuz da aşağı səviyyədə olan insanlar üçün zərərlidir, ekspert əlavə edib.