Dietoloq Olqa Panova duz qəbulunun azaldılmasının orqanizmə fayda verəcəyini, o cümlədən mədə xərçənginə tutulma riskinin azalacağını bildirib.

Foodinfo.az xəbər verir ki, o, “Moskva 24” telekanalına müsahibəsində bildirib ki, duzun tərkibindəki natrium sayəsində bədəndə su saxlanılır və ödem yaranır.

Duz qəbulunu məhdudlaşdırsanız, təkcə ödemdən qurtula bilməz, həm də mədə xərçənginin inkişaf riskini azalda bilərsiniz.

“Böyük miqdarda natrium olan hüceyrələrin daha sürətli bölünməyə başladığı sübut edilmişdir. Bu xüsusilə mədə üçün doğrudur. Buna görə xərçəng hüceyrələri yaranır " deyə Panova izah edib.

Nərmin