Diyetoloq Nuriya Dianova gecələr duzlu pendir yeməkdən çəkinməyi tövsiyə edib.
Foodinfo.az xəbər verir ki, ekspert qeyd edir ki, axşam duzlu pendir susuzluğa və bu da növbəti səhər şişməyə səbəb ola bilər.
Mütəxəssis axşam saatlarında yalnız neytral duzlu pendirlər yeməyi tövsiyə edir.
"Onlar yüngül bir şam yeməyi konsepsiyası üçün idealdır, xüsusən də arıqlayanlar üçün"- deyə diyetoloq əlavə edib.