Körpənizin üzündə qızartı, eqzema yaranıb, yaxud gözləri, dodaqları şişib? Uşağın burnu tutulub, asqırır, öskürür, sinəsi xışıldayır, nəfəs darlığı var? Qusma, qarın ağrısı, qanlı və selikli ishal var? Diqqətli olun, bunlar alergiyanın əlamətləridir. Körpənizi qidalandırarkən son dərəcə diqqətli olun.  Alergiya körpənin hər ayında baş verə bilər. Yumurta ağı, inək südü, soya və taxıl məhsulları 1 yaşından əvvəl ziyan verə bilər. Quru meyvələrin allergiyasına isə daha çox böyük yaşlı uşaqlarda rast gəlinir. Körpənin 9-cu ayına kimi qidalarına diqqət etmək lazımdır. Aşağıdakı qidalar körpəyə 9 aydan öncə verilərsə, alergiya riski baş verə bilər. İnək südü  Uşaqlarda ən çox rastlanan və erkən ortaya çıxan inək südü alergiyasıdır. Allergiya adətən, ilk 6 aydan başlayır. Uşaqların yüzdə 85-ində inək südü allergiyası 5 yaşına qədər davam edir. Ana südlü qidalar yeyərsə, yenə də uşağa alergiya verə bilər. Buna görə də uşağa inək südü verdikdə 1 hissə süd, 2 hissə su götürülür. İnək südünə allergiyası olan uşaqlarda qatıq, pendir, ayran, kərə yağı, marqarin, südlə hazırlanan tort və biskvit kimi yeməklər də alergiya verəcək.
Yumurta Uşaqlarda ikinci alergiya verən yumurtadır. Allergiyaya yumurta zülalları səbəb olur. Yumurtanın ağı, sarısına nisbətən daha allergik olur. Bu zülallar temperatura dözümlü olduqları üçün bişmiş yumurta yeyildikdə də belə allergiyaya səbəb ola bilər. Yumurta allergiyası tez-tez erkən uşaqlıq dövründə rastlanır. Uşaq 5-6 yaşına çatdıqda allergiyadan xilas olur. Yumurta sarısı körpələrə 7- ci ayında, ağını isə 1 yaşından tez verilməməlidir və başlananda da az miqdarda verilib, miqdar tədricən artırılmalıdır. Əgər bu zaman allergik əlamətlərlə qarşılaşarsa ən az 6 ay ara verilib, daha sonra təkrar sınanılır.

Quru meyvə Adətən 2 yaşlı uşaqlarda ortaya çıxır. Qida allergiyaları ən ağır reaksiyanı quru meyvələrdə göstərir. Anafilaksi, nəfəs alma çətinliyi, dil və boğazda şişlik, tez-tez və sürətlə nəfəs alma, qan təzyiqinin aşağı düşməsi və ürək dayanması kimi həyatı təhdid edici bir vəziyyət yaradır. Bunlar adətən qida qəbuldan 1 saat sonra özünü göstərir.
Quru meyvənin verdiyi allergiya digər qidalara nisbətən uzun ömürlü olur. Hətta yer fıstığının verdiyi alergiya ömürlük olur. Uşaqda ümumiyyətlə başqa qidalara alerqik reaksiyası varsa, 1 yaşına kimi quru meyvələri qətiyyən verməyin.

Buğda Uşaqlar ən çox taxıl alergiyası problemi yaşayırlar. Soya və küncüt  Allergiya soya toxumlarının kökündəki zülallarından qaynaqlanır. Soya, ət məhsulları, (sosiska, kolbasa) şokolad, dondurma, taxıllar və soba məhsullarında töhfə maddəsi kimi istifadə edilir. Xüsusilə qablaşdırılmış məhsulları istifadə edərkən diqqətli olunmalıdır. Yeyinti sənayesində tez-tez istifadə edilən küncüt də unlu məmulatlarla yanaşı, müxtəlif qida maddələrində də var. Zirədən keçirildiyi üçün küncüt allergiyası olan uşaqların tahin sərf etməmələri lazımdır. Balıq və dəniz məhsulları Balıq , əhəmiyyətli omega 3 mənbəyi olsa da, allergiya riskinə görə uşaqlara 17-18 ayından sonra vermək lazımdır . Krevet, kalmar kimi digər dəniz məhsulları isə 1 yaşından əvvəl vermək qətiyyən olmaz. Balıq allergiyası olan uşaqlara həmçinin balıq yağı tərkibli dərmanların da verilməsi məsləhət deyil . Diqqət, bu qidalar da allergiya səbəb ola bilər! Naringi və portağal kimi sitrus meyvələr, çiyələk, kivi və pomidor də allergiya riskli qidalardı. Bu səbəblə də körpələrə 9-cu aydan əvvəl verilmələri təklif edilir.

Əlavə qidalara az-az başlanılır Əlavə qida başlandıqda 3 gün sınanılır. Əvvəl verilən əsas qida verilir yeni qida isə az miqdarda verilirki orqanizmin reaksiyası özünü göstərsin. Alergiya verməməsinə tam arxayın olduqdan sonra yeni qidanı artırmaq olar.
Qida allergiya verərsə ilk şey qidanı rasiondan çıxarmaq və 3-4 aydan sonra az miqdarda verib yoxlamaq lazımdır.