
Donmuş yarımfabrikatlar müasir həyat tərzində vaxt qazanmaq üçün tez-tez seçilir. Foodinfo.az bildirir ki, bu məhsulların tərkibi uzunmüddətli saxlama üçün konservantlar və duzla zəngin olur. Bu isə yüksək qan təzyiqi və böyrək problemlərinə səbəb ola bilər.
Eyni zamanda bu qidaların bir çoxu əvvəlcədən qızardılmış və trans yağlarla zəngin olur. Trans yağlar ürək-damar sağlamlığı üçün ən zərərli maddələrdən biridir. Donmuş məhsulların tərkibindəki qatqılar allergik reaksiyalara və həzm pozğunluğuna yol aça bilər. Bəzən isə məhsul düzgün dondurulmadıqda bakteriya çoxalması riski yaranır.
Etiketləri diqqətlə oxumaq və tərkibi mümkün qədər təbii olanlara üstünlük vermək vacibdir. Ev şəraitində dondurulmuş təbii tərəvəz və ət məhsulları daha təhlükəsiz hesab olunur. Rahatlıq naminə sağlamlığı təhlükəyə atmaq düzgün seçim deyil.