
Acqarına limonlu su içmək bir çoxları üçün sağlamlıq vərdişi kimi qəbul edilsə də, bu davranış hər kəs üçün uyğun deyil. Foodinfo.az bildirir ki, limonun tərkibindəki yüksək sitrus turşusu mədə selikli qişasını qıcıqlandıra bilər.
Xüsusilə mədə turşuluğu və qastrit problemi yaşayan insanlar üçün bu vərdiş narahatedici nəticələrə səbəb ola bilər. Limon suyu həmçinin diş minasını zədələyə və ağız boşluğunda həssaslıq yarada bilər.
Bu səbəbdən limonlu suyun istifadəsi diqqətlə və ölçülü şəkildə olmalıdır. Mütəxəssislər bu içkinin boş mədəyə deyil, yeməkdən sonra qəbul edilməsini tövsiyə edirlər. Limonlu su orqanizmi nəmləndirə bilər, lakin bu, onu səhər aç qarına içməyə əsas vermir.
Həssas mədəsi olan insanlar üçün alternativ olaraq isti su və bal qarışımı daha təhlükəsiz sayılır. Qeyd edək ki, gündəlik qidalanmada limonun faydası olsa da, istifadə forması həlledici əhəmiyyət daşıyır.