Doymamış yağ turşuları ürək-damar sisteminin qorunmasında mühüm rol oynayır. Foodinfo.az bildirir ki, ABŞ-ın Milli Ürək, Ağciyər və Qan İnstitutu (NHLBI) doymamış yağların – xüsusilə mono- və poli-doymamış yağların – xolesterin səviyyəsini tənzimləyərək infarkt və insult riskini azaltdığını qeyd edir.

Harvard Tibb Məktəbinin məlumatına görə, zeytun yağı, avokado, qoz və balıq bu yağların əsas mənbəyidir. Eyni zamanda, "American Journal of Clinical Nutrition" jurnalında dərc olunan araşdırmada göstərilir ki, trans və doymuş yağların azaldılması, onların doymamış yağlarla əvəz olunması ürək sağlamlığını əhəmiyyətli dərəcədə gücləndirə bilər. Mütəxəssislər bildirir ki, gündəlik yağ qəbulunun təxminən 25-30 faizi doymamış yağlardan ibarət olmalıdır.